Son sutkada 36 nəfər yoluxdu - Ölən yoxdur

17:19 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 289 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 211 nəfərdir.

Ölkədə son sutka ərzində 4 775, hazırkı dövrədək isə 6 750 860 test aparılıb.